"Azərbaycan həndbolçuları öz oyunları ilə yaxşı təəssürat bağışlayırlar və onların böyük potensialı var". Bu barədə Azərbaycan yığmasının və ABU klubunun yeni baş məşqçisi Georgi Voronov "ABU-Arena"da keçirilmiş mətbuat konfransında bildirib.
Trend in xəbər verdiyi kimi, məşqçi qeyd edib ki, müdafiə və hücümdakı hərəkətlər hələ təkmilləşdirilməlidir və bunun üzərində işləmək lazımdır. G.Voronov öz yetirmələrinin həm klub, həm də yığma üçün dolğun olacaq mövsümə hazırlıqlara münasibətindən razı qalıb.
Eyni zamanda mütəxəssis qeyd edib ki, hazırda Avropa çempionatının final mərhələsinə çıxmaq çətin görünür, çünki Azərbaycan mundialın gümüş mükafatçısı olan Rumıniya ilə eyni yarımqrupa düşüb. "İş bundadır ki, qrupdan pley-off mərhələsinə bir komanda çıxacaq və bu, tapşırığın yerinə yetirilməsini çətinləşdirir", - deyə məşqçi qeyd edib.