...

Azərbaycan yığmasının müdafiəçisi Rəşad Sadıqov ölkə çempionatında ikinci dövrədən tez iştirak etməyəcək

Cəmiyyət Materials 24 Avqust 2006 11:34 (UTC +04:00)

Azərbaycan futbol yığmasının əsas oyunçularından biri Rəşad Sadıqov milli çempionatın ikinci dövrəsinədək oyunlarda iştirak etməyəcək.

Trend in xəbər verdiyi kimi, bu günlərdə "Kayserispor" ilə birgə müqaviləni pozmuş müdafiəçi karyerasını "Neftçi"də davam etdirmək niyyətindədir. Ancaq birincilikdə transferlər dövrü başa çatdığından futbolçu klubda çempionatın ikinci yarısından tez çıxış edə bilməyəcək. Buna görə də R.Sadıqov hələlik məşqlərlə və yoxlama görüşlərində iştirakla kifayətlənməli olacaq.

Qeyd etmək lazımdır ki, ötən mövsüm "Kayserispor" müdafiəçini "Neftçi"yə icarəyə vermiş və mövsüm başa çatan kimi Rəşad Türkiyəyə qayıtmışdır.

Xəbər lenti

Xəbər lenti