...

Braziliyalı yarımmüdafiəçi Serbiya ilə oyun üçün Azərbaycan yığmasına dəvət olunub

Cəmiyyət Materials 24 Avqust 2006 17:00 (UTC +04:00)

"Bakı" klubunun braziliyalı yarımmüdafiəçisi Andre Ladaqa Avropa-2008 çempionatının sentyabrın 2-də keçiriləcək Serbiyaya qarşı səfər seçmə oyununda Azərbaycan yığmasının tərkibində ilk dəfə çıxış edə bilər.

Trend xəbər verir ki, komandanın Şahin Diniyevin başçılığı altında məşqçi qərargahı "Bakı" klubunun oyunçusunu dəvət edərək, onun xidmətlərindən istifadə etmək qərarına gəlib. A.Ladaqadan başqa, Ş.Diniyevin məşqçi olduğu müddətdə kollektivə cəlb olunmayan forvard Samir Musayev, yarımmüdafiəçi Yuri Muzıka, müdafiəçi Aleksandr Çertoqanov da yığmaya dəvət olunub. Lakin Kiyevdə Ukraynaya qarşı dostluq oyununda böyük məğlubiyyət (0:6) onu tərkibdə əhəmiyyətli dəyişikliklər etməyə məcbur edib.

Maraqlıdır ki, məşqçi mütəxəssisin ünvanına tənqid yönəltmiş "Neftçi" klubunun kapitanı Zaur Tağızadənin xidmətlərindən istifadə etməmək qərarına gəlib.

Azərbaycan yığmasının heyəti:

Qolkiperlər: Fərhad Vəliyev ("İnter"), Cahangir Həsənzadə ("Qarabağ")

Müdafiəçilər: Sergey Sokolov, Aslan Kərimov (hər ikisi "Qarabağ"dandır), Ruslan Abbasov, Aleksandr Çertoqanov (hər ikisi "Neftçi"dəndir), Rail Məlikov, Ramin Quliyev (hər ikisi "Bakı"dandır), Zaur Həşimov ("İnter)

Yarımmüdafiəçilər: Yuri Muzıka ("Karvan"), Andre Ladaqa, Ramazan Abbasov, Ceyhun Sultanov (hamısı "Bakı"dandır), Emin İmaməliyev, Elmar Baxşıyev, Ruslan Poladov (hamısı "İnter"dəndir)

Hücumçular: Samir Musayev ("Qarabağ"), Fərrux İsmayılov ("Neftçi"), Vaqif Cavadov (MOİK Moskva), İlqar Qurbanov ("Xəzər").

Xəbər lenti

Xəbər lenti