...

Azərbaycan alpinistləri Ağrıdağı fəth etmək üçün yola düşüb

Cəmiyyət Materials 25 Avqust 2006 13:33 (UTC +04:00)

Azərbaycanın alpinistlər qrupu beynəlmiləl ekspedisiyanın tərkibində Ağrıdağın zirvəsini fəth etmək üçün Türkiyəyə yola düşüb.

Yerdi komandanın rəhbəri, Respublika alpinistlər qrupunun başçısı Saridan Mürsəqulovun Trend ə verdiyi xəbərə görə, yürüş Türkiyə dövlətinin banisi Mustafa Kamal Atatürkün yubileyi ilə eyni vaxta salınıb. "Ekspedisiya kifayət qədər geniş miqyaslı olacaq və burada Rusiya, Ukrayna və bir çox digər ölkələrin idmançılarının iştirak edəcəyi planlaşdırılır. Biz artıq dəfələrlə Ağrıdağda olmuşuq, lakin göstərilən vəziyyətləri nəzərə alsaq, bu yürüş xüsusi olacaq", - deyə S.Mürsəqulov qeyd edib.

Qeyd etmək lazımdır ki, son ay ərzində Azərbaycan alpinistləri əvvəlcə İstiqlaliyyət (Lenin) zirvəsində olub, sonra komanda İranın Domovend zirvəsini fəth edib.

Xəbər lenti

Xəbər lenti