Almaniyanın Azərbaycandakı səfirliyi "Qız Qalası" İncəsənət Qalereyası, Dövlət Rəssamlıq Akademiyası və Alman-Azərbaycan İqtisadi Yardım İttifaqı ilə birgə azərbaycanlı rəssamların əsərlərinin müsabiqəsini təşkil edir. Bu barədə Trend ə səfirlikdən məlumat verilib.
Müsabiqənin mövzusu: "Almaniya bir rəssamın gözü ilə qara, qırmızı və qızılı rənglərdə". Müsabiqənin əsas şərti bundan ibarətdir ki, təqdim olunmuş işlər 3 - qara, qırmızı və qızılı rənglərdə olmalıdır. Müəlliflər işlərini 2006-cı il oktyabrın 31-dək Almaniyanın Bakıdakı səfirliyinə təqdim etməlidir. Təltif üçün iki əsər seçiləcək. Müəlliflərə mükafat kimi Almaniyaya geniş incəsənət xarakterli proqramı əhatə edən səfər imkanı veriləcək.