...

Mirzə Sakitin növbəti məhkəmə prosesi sentyabrın 26-ə təyin olunub

Cəmiyyət Materials 19 Sentyabr 2006 14:48 (UTC +04:00)

Sentyabrın 19-da Ağır Ginayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Azər Orucovun sədrliyi ilə "Azadlıq" qəzetinin yazarı Mirzə Sakitin məhkəmə prosesi keçirilib. Trend xəbər verir ki, prosesdə şahidlərdən sonra adıçəkilən qəzetin əməkdaşları Sücəddin Şərifov və Fikrət Həsənov ifadə veriblər.

Qəzetin əməkdaşları bildiriblər ki, M.Sakit tutulmazdan öncə onun izlənildiyi barədə məlumatları olub. Onlar bu barədə M.Sakitə telefonla bildiriblər. Şahidlər və qəzet əməkdaşları ifadə verdikdən sonra məhkəmə prosesi 26 sentyabr saat 10.00-a təyin olunub.

Onu da bildirək ki, M.Sakit iyunun 23-də üstündə narkotik maddə saxladığına görə həbs olunub.

Xəbər lenti

Xəbər lenti