...

Azərbaycan futbol çempionatı hücumçularının mübahisəsində ikihakimiyyətlilik yaranıb

Cəmiyyət Materials 25 Sentyabr 2006 13:48 (UTC +04:00)

Altıncı turun yekunlarına görə, futbol üzrə ölkə çempionatı hücumçularının mübahisəsində ikihakimiyyətlilik yaranıb.

Trend xəbər verir ki, MKT -"Araz" klubundan olan Anatoli Doroş artıq start götürmüş birincilikdə dörd dəfə fərqlənmiş "Bakı" və Azərbaycan yığmasının forvardı Leandro Qomeşlə bərabərləşib. Qəribə təsadüfdür ki, ötən tur məhz bu komandaların qarşılaşması ilə yadda qalıb. Bu qarşılaşmada L.Qomeş şəxsi hesabında artım edə bilməyib, A.Doroş isə qonaqların qapısından qələbə topunu keçirib. Eyni zamanda "Qarabağ" klubundan olan Samir Musayevin, "Karvan" klubundan olan Markus Fereyrin, "Gənclərbirliyi" klubunun forvardı İssa Nikiyemanın və "Xəzər" klubundan olan Zaur Ramazanovun hesabında üç vurulmuş top var.

Xatırladaq ki, altı turdan sonra hələ ehtiyatda bir oyunu olan "Xəzər" klubu çempionata liderlik edir.

Xəbər lenti

Xəbər lenti