...

Portuqaliyanın futbol yığması Azərbaycanla oyundan əvvəl itkilərə məruz qalır

Cəmiyyət Materials 6 Oktyabr 2006 16:39 (UTC +04:00)

Portuqaliyanın futbol yığması 2008-ci il Avropa çempionatının oktyabrın 7-də Portuda keçirilək Azərbaycana qarşı seçmə oyunu ərəfəsində xeyli itkiyə məruz qalıb.

Trend UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, meydan sahiblərinin baş məşqçisi Luis Felipe Skolari forvard Uqu Almeydanın və müdafiəçi Fernandu Meyranın xidmətlərindən istifadə edə bilməyəcək. "Ierder"in hücumçusu qarın əzələlərini zədələyib, "Ştutqart" oyunçusu F.Meyranın isə ayağından aldığı zədə hələ yeni sağalıb və o, formaya düşməyib. Bu o deməkdir ki, hər iki legioner həm şənbə günü Azərbaycana qarşı oyunda, həm də çərşənbə günü Polşaya qarşı səfər oyununda iştirak edə bilməyəcəklər.

Qeyd etmək lazımdır ki, qonaqların komandası artıq Portuqaliyaya çatıb və dünən axşam ilk məşqlərini keçiriblər.

Xəbər lenti

Xəbər lenti