Azərbaycanlı cüdoçu Nicat Şıxəlizadə (60 kq) Santo-Dominqoda keçirilmiş gənclər arasında dünya birinciliyinin qalibi olub.
Trend in xəbər verdiyi kimi, ilk qarşılaşmada idmançı haitili rəqibi Komper Petiti məğlub edib. Növbəti görüşdə isə Ermənistan nümayəndəsi Narek Sukiasyan üzərində qələbə qazanıb. Dörddə bir finalda Nicat yunan Aleksandros Skornteyevin müqavimətini qırıb. Yarımfinalda isə sloveniyalı Roki Draksiçdən güclü olub. Əsl sınaq Nicatı irəlidə gözləyirdi. Belə ki, onun rəqibi yapon Masanori Suzuki idi. Lakin idmançımız bu qarşılaşmanı da qələbə ilə bitirib. Maraqlıdır ki, Nicat 5 qarşılaşmadan 4-nü vaxtından əvvəl başa vurub.
Digər həmvətənimiz, Avropa çempionu Elnur Məmmədli (73 kq) isə üçüncü yer uğrunda mübarizədə rusiyalı Şirazudin Maqomedova yenilib.