Azərbaycanda yay vaxtı başa çatır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin mətbuat xidmətinin başçısı Akif Əlinin Trend ə verdiyi məlumata görə, bazar gününə keçən gecə, oktyabrın 29-da saat 5:00-da Azərbaycanın bütün ərazisində saatların əqrəbləri bir saat geri çəkiləcək.
A. Əlinin bildirdiyinə görə, yay vaxtı hökumətin 1997-ci il 17 mart tarixli qərarı ilə müəyyən olunmuş vaxtın hesablanması qaydasına müaviq olaraq dayandırılır.