...

Azərbaycan Gigiyena və Epidemiologiya Mərkəzi bir sıra qida məhsullarının laborator araşdırmasını aparıb

Cəmiyyət Materials 21 Oktyabr 2006 13:50 (UTC +04:00)

Azərbaycan Gigiyena və Epidemiologiya Respublika Mərkəzi 8 növ süd məhsulları, 2 növ şirniyyat, 10 növ uşaq qidası, 1 növ alkoqolsuz içki, 15 növ spirtli içki, 10 növ balıq məhsulları, 15 növ digər mallar, o cümlədən 4 növ un (fiziki-kimyəvi göstəricilər üzrə), 4 növ çay, 3 növ şirniyyat, 10 növ uşaq qidası, 4 növ süd məhsulu, 1 taxıl növünün (mikrobioloji göstəricilər üzrə) laborator araşdırmasını aparıb.

Trend in mərkəzə istinadən xəbər verdiyi kimi, toksikoloji göstəricilər üzrə 431, radioloji göstəricilər üzrə isə 111 məhsul yoxlanılıb. Yoxlamalar zamanı məlum olub ki, 9 növ balıq mikrobioloji, 5 növ balıq isə fiziki-kimyəvi göstəricilərə cavab vermir.

78 məhsul növü gigiyenik setrifikatla təmin olunub. 96 fiziki və hüquqi şəxs qida məhsullarının istehsal, saxlanma, daşınma və satış qaydalarını pozması ilə əlaqədar cərimələnib.

Sanitar-gigiyena və sanitar-texniki normalara cavab verməyən 10 obyektin fəaliyyəti müvəqqəti olaraq dayandırılıb. Bu mağazalar Suraxanı, Nərimanov, Sabunçu, Xətai və Yasamal rayonları ərazisində yerləşir.

Cari dövrdə 52 zəhərlənmə halı qeydə alınıb. Nəticədə 61 nəfər zərər çəkib (ölüm halı olmadan). Zəhərlənmənin səbəbləri araşdırılıb və zərərçəkənlər lazımi tibbi yardım alıb.

Xəbər lenti

Xəbər lenti