"Neftçi"-nin zədə almış bir sıra əsas futbolçuları təqvimə əsasən ən yaxın oyunda öz klubuna kömək edə biləcək.
Trend -ə məlum olduğu kimi, həftənin sonuna kimi bolqarıstanlı pleymeyker Svyataslav Stefanov və milli yığmanın müdafiəçisi Aleksandr Çertoqanov zədələrini sağaldacaq və noyabrın 21-də Azərbaycan Kuboku uğrunda 1/8 finalının birinci yarışında "Qarabağ"-a qarşı oynamağa hazırdırlar.
Birinci oyunçu oyundan qabaq məşqdə zədə alaraq ölkə çempionatının ötən turunda iştirak edə bilməyib, A.Çertoqanov isə artıq görüşün gedişində əvəz olunub.
Hazırda hər iki futbolçu müalicə kursunu başa çatdırır və yaxın günlərdə ümumi qrupda məşqlərini bərpa etməlidir.