"Qarabağ" futbol klubunun və Azərbaycan yığmasının müdafiəçisi Sergey Sokolov dekabrın 7-dək diskvalifikasiya edilib və Azərbaycan çempionatının oyunlarında iştirakdan uzaqlaşdırılıb. Trend in xəbər verdiyi kimi, UEFA-nın bu əmri AFFA-ya dünən gecə daxil olub və futbolçunun özü bu barədə yalnız bu gün xəbər tutub.
Sokolovun taleyi dekabrın 7-də, UEFA Antidopinq Komissiyasının iclasında dopinq nəzarətindən keçməmiş futbolçularla bağlı məsələnin müzakirəsi zamanı həll olunacaq.
Xatırladaq ki, dopinq qəbuluna görə maksimal cəza müddəti 2 ildir.