...

Bu il Azərbaycanın orta məktəblərinin heç də hamısında buraxılış imtahanları keçirilməyəcək

Cəmiyyət Materials 27 Noyabr 2006 18:00 (UTC +04:00)

Bu il Azərbaycanın orta məktəblərinin heç də hamısında buraxılış imtahanları keçirilməyəcək. Bu qərarı Təhsil Nazirliyi verib. Trend -in məlumatına görə, bu haqda Misir Mərdənov bildirib. Buraxılış imtahanları yalnız 11-ci sinif şağirdlərinin ümumi sayı 10-20 arasında olduqda və bilik səviyyəsi ortadan yüksək olduqda təşkil olunacaq. Nazir hesab edir ki, son sinif şagirdlərinin sayı 10 və bilikləri səviyyəsi aşağı olan orta məktəblərdə buraxılış imtahanları keçirmək mənasızdır.

Nazirin sözlərinə görə, bu il 11-ci sinifdə oxuyan qaçqınlar və məcburi köçkünlər mərkəzləşdirilmiş test imtahanları verəcək.

Məktəblərin qışa hazır olduğu məsələsinə gəldikdə isə, nazir təəssüflə bildirib ki, ölkədə hələ də qızdırılmayan məktəblər mövcuddur.

Xəbər lenti

Xəbər lenti