...

"Araz" futbol klubu UEFA Kubokunun oyunları ərəfəsində güclü legioner axtarışındadır

Cəmiyyət Materials 28 Noyabr 2006 10:57 (UTC +04:00)

"Araz" futzal klubu UEFA Kubokunun elit raundu ərəfəsində kluba güclü legioner cəlb etmək niyyətindədir. Oyunlar dekabrın 4-də Polşada başlayacaq.

Trend in xəbər verdiyi kimi, komandanın rəhbərliyi intizamı pozduğuna görə uzaqlaşdırılmış braziliyalı forvard Pineonoya əvəz axtarır. Məhz bu səbəbdən hücumçu milli birinciliyin sonuncu görüşlərində iştirak etməyib. Qeyd edək ki, "Araz" birincilikdə böyük fərqlə liderlik edir. Hazırda klubda 3 xarici futbolçu çıxış edir: braziliyalı Sici, gürcü Aleksandr Dzabiradze və UEFA Kubokunun seçmə raundunda 5 qol vurmuş rusiyalı Pyotr Kapkov.

Xatırladaq ki, Avropa Kubokunun elit raundu üzrə "Araz" klubunun rəqibləri Polşanın "Xojuv", Serbiyanın "Marbo" və Belçikanın "Aksyon-21" (ikiqat trofey sahibi) klubları olacaq.

Xəbər lenti

Xəbər lenti