...

Qusarda dağ xizək idmanı və istirahət kompleksini Avstriya şirkəti tikəcək

Cəmiyyət Materials 8 Dekabr 2006 15:37 (UTC +04:00)

Azərbaycanın Qusar ərazisində dağ xizək idmanı və istirahət kompleksinin tikintisini Avstriya şirkəti həyata keçirəcək. Trend in verdiyi xəbərə görə, bu barədə jurnalistlərə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev danışıb.

Nazirin sözlərinə görə, kompleksin tikintisində iştirak uğrunda tenderi bu şirkət udub. Ə.Qarayevin qeyd etdiyinə görə, tenderin qalibi bu gün dünyanın bir çox ölkələrində ən müasir qış idmanı kompleksləçrini tikən "CNABMBRE VİBERT" franqsız şirkəti yox, məhz daha sərfəli təkliflər irəli sürən Avstriya şirkəti olub. Nazirin qeyd etdiyinə görə, kompleks tikilməsi üçün yer seçilməsi və smeta sənədlərinin hazırlanması mütəxəssislər tərəfindən aparılır və hal-hazırda onların təklifləri müzakirələr olunur. Bu məqsədlə İsveçrə, Avstriya, Rusiya və Türkiyədən ən əlverişli ərazi kimi Qusarı seçmiş olan mütəxəssislər dəvət olunub. Kompleksi Qusar rayonundan 38 kilometr aralıda, Şahdağın ətəyində yerləşən Ləzə kəndi ətrafında tikmək planlaşdırılır. 10 kvadrat kilometrdən çox ərazidə Mehmanxana kompleksi tikiləcək, 9 min metr uzunluğunda kanat yolları çəkiləcək və turizmin inkişafı və qış idman növləri ilə məşğul olmaq üçün əlverişli şərait yaradılacaq. Bölgədə və beynəlxalq miqyasda yarışların keçirilməsinə imkan vercək bu kompleksin Qafqazda analoqu olmayacaq.

Xizək yollarının uzunluğu 30 kilmetr olacaq, bu layihəyə 50 milyon avro investisiya qoyulacaq.

Xəbər lenti

Xəbər lenti