...

AJB-nin sədri Elçin Şıxlı: "Jurnalistlər Birliyinin yerli təşkilatları formalaşdırılır"

Cəmiyyət Materials 20 Dekabr 2006 19:44 (UTC +04:00)

Azərbaycan Jurnalistlər Birliyinin (AJB) yerli təşkilatları formalaşdırılır. Bu barədə Trend ə AJB-nin sədri, "Ayna"-"Zerkalo" qəzetlərinin baş redaktoru Elçin Şıxlı məlumat verib.

O bildirib ki, Azərbaycanın bölgələrində fəaliyyət göstərən mətbu orqanlar, jurnalistlər, həmçinin elektron KİV-lər AJB-yə üzv olmaq üçün müraciət edirlər. E.Şıxlının sözlərinə görə, son zamanlar media təmsilçiləri arasında Jurnalistlər Birliyində təmsil olunmağa maraq artıb. E.Şıxlı qeyd edib ki, hazırda üzvlük üçün müraciət edən jurnalistlərin ərizələri toplanır və gələn il AJB-nin katibliyinin toplantısında yeni üzvlərin qəbulu məsələsinə baxılacaq.

E.Şıxlı qeyd edib ki, köhnə siyahıya əsasən, AJB-nin 3 minə yaxın üzvü var: "Lakin bu siyahı yenilənməlidir. Çünki üzvlərin bəziləri artıq dünyasını dəyişib, həmçinin başqa səbəblərdən artıq qurumun üzvü deyillər. Hazırda təxminən 2 mindən çox üzvümüz var və yeni üzvlərin müraciətləri davam edir". E.Şıxlı əlavə edib ki, maddi durum imkan verərsə, gələn ildən AJB-də struktur dəyişiklikləri və digər islahatlar da aparıla bilər.

Xəbər lenti

Xəbər lenti