...

İsveç-Azərbaycan Federasiyası Stokholmda Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə tədbir keçirəcək

Cəmiyyət Materials 27 Dekabr 2006 12:28 (UTC +04:00)

Dekabrın 28-də İsveçin Stokholm şəhərində 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə İsveç-Azərbaycan Federasiyası tədbir keçirəcək. Bu barədə Trend ə Federasiyanın sədri Məhəmməd Rza Ağapur məlumat verib.

Onun sözlərinə görə, İsveçdə yaşayan azərbaycanlılar toplaşıb həmrəylik gününü qeyd edəcəklər. Bundan başqa Federasiya 2007-ci il üçün fəaliyyəti proqramı hazırlayıb. Proqrama əsasən, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı faktını Avropaya çatdırmaq, Qarabağın tarixi abidələri, həmçinin Güney Azərbaycanda gedən milli hərəkatla bağlı tədbirər təşkil olunacaq.

"Bu günlərdə İsveç deputatı ilə görüş keçirəcəm, həm Qarabağın işğalı, ermənilərin törətdikləri cinayətəri, həm də Güney Azərbaycan məsələsini diqqətə çatdıracam. Federasiyamız gələn il İsveçin Hoteburq şəhərində Xocalı soyqırımı ilə bağlı tədbir keçirəcək. Tədbirdən sonra seminar təşkil ounacaq. Bu tədbirə bir sıra qonaqlar, İsveç deputatları, Azərbaycan və türk diasporunun, türkmənlərin nümayəndələri dəvət olunacaq"-deyə M.R.Ağapur qeyd edib.

Xəbər lenti

Xəbər lenti