...

Nazir: 2005 ci illə müqayisədə respublikamızda tibbi inventarların alınması üçün vəsait 33,3 dəfə artıb

Cəmiyyət Materials 27 Dekabr 2006 15:43 (UTC +04:00)

Respublikamızda səhiyyə müəssisələrinin təmir olunması üçün vəsait bu il 2005-ci ilə nisbətən 18,7 dəfə artılıb. Trendin Qərb Bürosunun verdiyi məlumata görə, bu barədə bu gün Gəncədə səfərdə olan Azərbaycan səhiyyə naziri Oqtay Şirəliyev keçirdiyi müşavirədə bildirib.

Nazirin sözlərinə görə, bundan başqa yeni inventarların alınmasına vəsait 33,3 dəfə, dərman preparatlarının alınmasına 5 dəfə, qida təminatının yaxşılaşdırılmasnı isə 4 dəfə artılıb.

"Mən Gəncəyə bu il ikinci dəfədir ki, səfər edirəm. Şəhərdə səhiyyənin vəziyyətindən razıyam. Ümid edirəm ki, bundan sonra daha da inkişaf etdiriləcək" - deyə nazir bildirib.

Oqtay Şirəliyev Gəncəyə səfəri çərçivəsində 3 saylı Təcili Tibbi yardım Xəstəxanasında Təcili Tibbi Yardım məntəqəsinin açılışında iştirak edib. Qərb Bölgəsinə gətirilən 16 təcili tibbi yardım avtomobillərini təqdim edib. Onlardan 4-ü Gəncəyə, 3-ü Daşkəsən rayonuna, yerdə qalanları isə hər birinə bir maşın olmaqla digər rayonlara verilib.

Xəbər lenti

Xəbər lenti