...

Gürcüstanın Marneuli şəhərində Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunub

Cəmiyyət Materials 29 Dekabr 2006 12:00 (UTC +04:00)

Gürcüstanın Marneuli şəhərində Azərbaycanlıların Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibəti ilə bayram tədbiri keçirilib. Trend in məlumatına görə, Marneulidəki "Qaya" restoranında təşkil olunan tədbirdə Gürcüstanin müxtəlif bölgələrindən - Tbilisi, Dmanisi, Bolnisi, Qardabani və Marneulidən dövlət məmurlari, ziyalılar, iş adamları, qonaqlar daxil olmaqla, 450 nəfərə yaxın adam iştirak edib.

Bayram mərasimində Azərbaycan Respublikası Milli Məclisinin bir neçə deputatı və estrada müğənnisi Tünzalə Ağayeva da iştirak ediblər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstanda yaşayan soydaşlarımıza Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə göndərdiyi təbrik məktubunu Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Tədbirdə Borçalının qubernatoru Zurab Melikişivili, Gürcüstan respublikası Parlamentinin vitse-spikeri Camal İmnaişvili, millət vəkili Marika Ierulaşvili və Azərbaycandan gələn qonaqlardan millət vəkilləri Qənirə Paşayeva, Nazim Məmmədov çıxış edərək öz təbriklərini çatdırıblar.

Xəbər lenti

Xəbər lenti