...

"Çap evi" mətbəəsinin rəhbəri: "Kağızın qiyməti bahalaşsa, mətbəə xərclərini dərhal qaldırmağa məcbur olacağıq"

Cəmiyyət Materials 10 Yanvar 2007 16:16 (UTC +04:00)

"Azərbaycanda bir sıra mühüm sahələrdə qiymətllərin artmasından sonra kağızın qiymətində də dəyişiklik olarsa, mətbəə xərclərini qaldırmağa məcbur olacağıq". Bu fikirləri Trend ə "Çap evi" mətbəəsinin rəhbəri Şahbaz Xuduoğlu açıqlayıb.

O qeyd edib ki, hal-hazırda bu mətbəə sifarişçilərinə qiyməti artırmayıb. Lakin yaxın günlərdə çap materiallarının qiyməti qalxacaqsa, "Çap evi" də mətbəə qiymətlərini artıracaq: "Bu sahədə ilk addımı biz atmayacağıq. Mən gözləyəcəm ki, başqa mətbəələr hansı qiymət müəyyənləşdirirlər, bundan sonra bizdə də yeni qiymətlər təyin olunacaq. Amma məlumatlara görə, Rusiyada kağızın qiyməti 30 faiz artacaq. Belə olan halda Azərbaycanda da kağızın qiyməti bahalaşacaq və bu zaman mətbəəmiz dərhal, başqalarını gözləmədən qiyməti artıracaq"-deyə Ş.Xuduoğlu qeyd edib.

Onun sözlərinə görə, hazırda bəzi çap materiallarının qiymətində dəyişiklik arıq hiss olunur. "Çap evi" mətbəəsində ayda 50-60 adda qəzet, həmçinin müxtəlif kitablar və digər nəşrlər çap olunur.

Xəbər lenti

Xəbər lenti