...

"Xəzər" futbol klubu "Dinamo" Minskin müdafiəçisini nəzərdən keçirir

Cəmiyyət Materials 11 Yanvar 2007 13:41 (UTC +04:00)

Dubayda təlim-məşq toplantıları keçirən "Xəzər" futbol klubu legionerlə heyətini gücləndirə bilər.

Trend ə məlum olub ki, komandanın nəzarətində "Dinamo" Minskin müdafiəçisi Sergey Palyukoviç var və o, lənkəranlıların planlaşdırdığı bir neçə yoxlama oyunda iştirak edə bilər. Hələlik isə "Xəzər" özünün Cənubi Amerikalı legionerləri Xorxe Diaz və Rodriqo Sales olmadan məşq edir, onlar ezamiyyətdən qayıtdıqdan sonra yanvarın 12-də yoldaşlarına qoşulmalıdırlar.

Qeyd etmək lazımdır ki, Dubayda keçirilən birinci məşq-təlim toplantısı çərçivəsində Azərbaycan çempionatında liderlik edən komanda bir sıra yoxlama görüşlər planlaşdırıb, o cümlədən yerli "Əl-Əhli" və Xarkovun "Metallist" komandası ilə.

Xəbər lenti

Xəbər lenti