...

Bakıda keçiriləcək Avropa çempionatında Azərbaycanın yunior qrup komandası üçün tapşırığı Rusiyalı məşqçilər hazırlayacaqlar

Cəmiyyət Materials 12 Yanvar 2007 13:48 (UTC +04:00)

Bədii gimnastika üzrə Rusiya yığmasının iki məşqçisi Natalya Laşinskaya və İnna Bıstrova bu gün Bakıya gəlir. Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən Trend ə verilən xəbərə görə, 5 gün ərzində paytaxtda olduqları vaxtda onlar Azərbaycanın qrup komandası üçün bir tapşırıq hazırlayacaqlar.

Söhbət 29 iyun-1 iyul tarixlərində Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatında 5 cüt gürzlə çıxış edəcək yunior sekstetdən gedir.

Rusiyalı mütəxəssislər 8 gimnastı- Nigar Mirzəyeva, Əzizə Səlimbəyova, Esmira Orucova, Aelita Xələfova, Cəmilə Hüseynova, Nərgiz Əliyeva, Ceyla Quliyeva və Günel Ağayevanı nəzərdən keçirəcəklər.

Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidməti həmçinin məlumat verir ki, təlim-məşq hazırlıqlarından başqa həmçinin hakimlər üçün seminar da keçiriləcək. Seminar yanvarın 15-16-da N.Laşinskaya tərəfindən yerli məşqçilər üçün keçiriləcək və bu ildən qüvvəyə minən bədii gimnastika üzrə yeni qaydalara həsr olunacaq.

Xəbər lenti

Xəbər lenti