...

Misir Mərdanov: Orta məktəblərin buraxılış və ali məktəblərin qəbul imtahanlarının sualları məzmunca yaxınlaşdırılmalıdır

Cəmiyyət Materials 15 Yanvar 2007 17:22 (UTC +04:00)

Orta məktəblərin buraxılış imtahanlarının sualları ilə ali məktəblərin qəbul imtahanlarının sualları məzmunca yaxınlaşdırılmalıdır. Trend in xəbərinə görə, bu sözləri yanvarın 15-də 2006-2007-ci tədris ili üçün ali məktəblərə qəbul imtahanlarının elmi-statistik təhlilinə həsr olunmuş Bakı şəhəri üzrə zona müşavirəsində Azərbaycanın təhsil naziri Misir Mərdanov söyləyib.

Nazir bildirib ki, orta məktəblərin buraxılış imtahanındakı suallarla ali məktəblərə qəbul imtahanlarının sualları arasında məzmunca yaxınlıqlar, olsa bu, abituriyentlər üçün də çətinliklər yaratmaz.

Nazir həmçinin orta məktəblərin proqramları və dərsliklərinin şagirdlərin yaşına uyğun səviyyədə qurulmasını da vacib sayıb. O, tədbirdə iştirak edən orta məktəb direktorlarına müraciət edərək: "Biz bu istiqamətdə müəyyən addımlar atırıq. Lakin yaxşı olar ki, orta məktəblərin təhsil və proqramlarında olan belə nöqsanların aradan qaldırılmasında siz də yaxından iştirak edəsiniz" - deyə söyləyib.

Xəbər lenti

Xəbər lenti