...

Azərbaycan cüdoçuları EJU-nun qərarını gözləyir

Cəmiyyət Materials 16 Yanvar 2007 11:51 (UTC +04:00)

Avropa Cüdo İttifaqı (EJU) Azərbaycan idmançılarının da iştirak edəcəyi lisenziyalı yarışların keçirilməsi sxemini hələ qəti şəkildə təsdiq etməyib.

Ölkə yığmasının baş məşqçisi Ağayar Axundzadə Trend ə bildirib ki, əvvəlcə yanvarın sonlarında Gürcüstanda keçiriləcək ənənəvi yarışda ilk xalları toplayacaqları nəzərdə tutulmuşdu. Lakin çox güman ki, bu yarış bu il kvalifikasiyalı yarış olmayacaq, bu məsələdə EJU-nun susması da bunu gösətrir.

Komandanın başq məşqçisi bildirib ki, lisenziya yarışları Avropa çempionatından sonra başlana bilər, cüdoçulara hər yarışda Pekinə düşmək üçün xal yığmaq gərək olacaq.

A.Axundzadə bildirib: "Gözlənilir ki, 16 yarışdan EJU 4 ən yaxşı nəticə göstərən idmançını götürəcək".

Xəbər lenti

Xəbər lenti