...

Nazir: Azərbaycanın 500-dən atrıq ümumtəhsil məktəbində ingilis dili müəllimləri tələb olunur

Cəmiyyət Materials 1 Fevral 2007 19:43 (UTC +04:00)

Azərbaycanın 500-dən atrıq ümumtəhsil məktəbində ingilis dili müəlliləri tələb olunur. Bu barədə Trend ə Azərbaycanın Təhsil Nazirliyinə istinadən Böyük Britaniya Şurasının Azərbaycan üzrə direktoru Endi Uilyamsla görüşdə nazir Misir Mərdanov bəyan edib.

Nazir Azərbaycanda ingilis dili müəllimlərinin ixtisalarının artırılmasında Britaniya Şurasının fəaliyyətini yüksək qiymətləndirərək bu sahədə əməkdaşlığın davam etdirilməsi üçün birgə memorandumun imzalanmasının vacibliyini qeyd edib. M.Mərdanov həmçinin Azərbaycan tələbələrinin Böyük Britaniyaya səfərlərinin təşkil olunmasında təşkilatın əhəmiyyətini vurğulayıb.

E.Uilyams naziri Şuranın Azərbaycanın texniki peşə təhsili sahəsində yeni layihənin reallaşdırılması haqqında məlumatlandırıb.

Azərbaycanla paralel olaraq bu layihə dünyanın 15 ölkəsində həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti