2007-ci ilin yanvar ayından Azərbaycanın 4 regionunda fəaliyyətə başlayacaq apellyasiya məhkəmələrinə icra hakimiyyətləri tərəfindən müvəqqəti binalar ayrılıb. Bu barədə Trend ə Azərbaycan Respublikasının Məhkəmə Hüquq Şurasından məlumat verilib.
Həmin məhkəmələr Sumqayıt, Gəncə, Əli Bayramlı və Şəki şəhərlərində fəaliyyət göstərəcək. Bununla əlaqədar Məhkəmə Hüquq Şurasının, Ali və Apellyasiya Məhkəmələrinin nümayəndələri həmin rayonlarda olublar və yerli icra hakimiyyətlərində görüşlər keçirilblər. Yaxın gələcəkdə isə adları qeyd olunan rayonlarda məhkəmələr üçün yeni binaların tikilməsi ilə əlaqədar ayrılmış xüsusi ərazilərdə tikinti işlərinə başlanacaq. Hazırda Ədliyyə Nazirliyi həmin binaların tikilməsi üçün layihə hazırlayır. Binaların tikintisi ən geci 2009-cu ilədək başa çatacaq.