...

Hoteburqda Xocal ı il ə ba ğ l ı etiraz aksiyas ı ke ç irilib

Cəmiyyət Materials 26 Fevral 2007 18:49 (UTC +04:00)

Fransa, Strasburq/müxbir Trend E.Məcidli/ Fevralın 25-də İ sveçin Hoteburq şəhərində fəaliyyət göstərən İsveç Azərbaycan Federasiyasının təşkilatçılığı ilə "Brunnsparken" meydanında etiraz aksiyası kecirilib. Akisyada bir çox yerli siyasi və ictimai təşkilatların, dərnəklərin nümayəndələri, Hoteburq Universitetində təhsil alan azərbaycanlı tələbələr iştirak edib.

Aksiya zamanı Xocalı faciəsinə həsr olunmuş informasiya xarakterli vərəqələr paylanıb, Azərbaycan, İsveç və ingilis dillərində erməni terroruna etiraz şüarları səsləndirilib. Çıxış edənlər dünya ictimaiyyətinin Xocalı soyqırımına lazimi siyasi qiymət verməməsindən təəssüfləndiklərini dilə gətiriblər. Aksiyanin sonlarına doğru İsveç parlamentinə müraciət oxunub. Müraciətdə İsveç parlamenti Xocalı soyqırımına hüquqi-siyasi qiymət verməyə və soyqırımı rəsmən tanımağa çağırılıb. Aksiya soyqırım qurbanlarının xatirəsinin bir dəqiqəlik sükütla yad edilmesi ilə başa çatıb.

Mitinqdən sonra FATA-nın (Fransadakı Azərbaycanlı Tələbələr Assosiasiyası) təşkil etdiyi Xocalı soyqırımı ile bağlı tedbir keçirilib. Tədbirdə Azərbaycanın AŞPA-dakı daimi numayəndəliyinin rəhbəri Arif Məmmədov, Strasburqdakı Azərbaycan dərnəklərinin təmsilçiləri ve Strasburqda  təhsil alan azərbaycanlı tələbələr iştirak edib. Tədbirdə cıxış edən Arif Məmmədov Xocalı faciəsi ve görülen işler barədə danışıb. Çıxışlardan sonra isə Trend in Fransadakı xüsusi müxbiri Elnur Məcidlinin hazırladığı "XXI əsrin dəhşətli faciəsi- Xocalı" sənədli filmi yerli ve xarici qonaqlara nümayiş etdirilib. Fransız dilində alt yazılı olan filmdə Azərbaycan-Ermənistan arasındakı münaqişənin tarixi başlanma nöqtələri ve Xocalıda törədilən vəhşiliklər öz əksini tapıb.

Xəbər lenti

Xəbər lenti