...

Gəncədə ötən il 14 orta məktəb direktoruna şiddətli töhmət verilib

Cəmiyyət Materials 1 Mart 2007 13:48 (UTC +04:00)

Azərbaycan, Gəncə/müxbir Trend V.Məmmədov/Gəncədə ötən il 14 orta məktəb direktoruna şiddətli töhmət verilib. Bu barədə məlumatı Gəncə Təhsil İdarəsinin rəisi Mahal Əliyev verib.

Müsahib bildirib ki, 12 orta məktəb direktoruna töhmət işlərində yol verdyi ciddi nöqsanlara görə verilib. Onlar təhsil müəssisələrində təlim-tərbiyə və tədrisə davamiyyət işlərində zəif bacarıq nümayiş etdiriblər. Bundan başqa isə 3 orta məktəb direktoruna təkrar töhmət verilib ki, onlar barəsində də ciddi tədbir görüləcək.

M.Əliyev qeyd edib ki, bu il məktəb direktorlarının fəaliyyəti ciddi nəzarət altında saxlanılacaq. Vəzifəsinin öhdəsindən gələ bilməyən direktorlar barəsində ciddi tədbirlər görüləcək.

Xəbər lenti

Xəbər lenti