...

Azərbaycanda cəza çəkən 20 məhkum qadın əfv olunmaq üçün prezidentə müraciət edib

Cəmiyyət Materials 6 Mart 2007 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Azərbaycanda cəza çəkən 20 məhkum qadın əfv olunmaq üçün prezidentə müraciət edib. Qadınlar üçün nəzərdə tutlan 4 saylı cəzaçəkmə müəssisəsinin rəisi Müzəffər Məmmədov bildirib ki, əfv üçün müraciət edən qadınların sənədləri aidiyyati üzrə göndərilib.

1996-cı ildən indiyədək Prezident tərəfindən 72 məhkum qadın əfv olunub. Onlardan 19-u 1996-cı, 14-ü 1997-ci, 17-si 1998-ci, 2-si 1999-cu, 3-ü 2000-ci, 3-ü 2002-ci, 2-si 2003-cü, 5-i 2004-cü, 8-i 2006-cı ildə ölkə başçısı tərəfindən bağışlanıb.

Xəbər lenti

Xəbər lenti