...

Bərdə rayon polis şöbəsində rayon sakininin qabırğasını sındırıblar

Cəmiyyət Materials 9 Mart 2007 15:01 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K.Zərbalıyeva/ Azərbaycan İşgəncələr Əleyhinə Komitəsinin sədri Elçin Behbudov Bayıldakı 1 saylı İstintaq Təcridxanasında təqsirləndirilənlərlə görüşüb. E. Behbudov bildirib ki, təcridxanada saxlanılan 2 nəfər işgəncə faktı ilə bağlı ona müraciət edib.

Allahyar Xəlilov Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə ittiham olunur. Ötən il iyulun 23-də Bərdə rayon polis şöbəsi rəisinin xidməti otağında rəis müavini və Muxtar adlı müstəntiq tərəfindən döyüldüyünü iddia edən A.Xəlilov 2 qabırğasının sındırıldığını deyib. İstintaqın qeyri-obyektiv aparıldığından, ona qarşı saxta ittiham irəli sürüldüyündən şikayətçi olan Bərdə rayon sakininin hazırda Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Rəşid Məhərrəmovun sədrliyi ilə məhkəmə prosesi davam etdirilir.

Masallı rayon sakini Gülbala Əliyev də istintaqdan şikayət edib. Oğurluqda ittiham olunan G. Əliyev özünü bu cinayətdə təqsirli bilməyib. O, Masallı rayon polis şöbəsinin müstəntiqi Bahadur Məmmədovun qanunsuz hərəkətlərindən şikayət edib: "Gülbala Əliyev deyir ki, müstəntiq ona lezviya verərək intihar etməyə məcbur edib. Onun bədəni bütünlüklə doğram-doğram idi. Vəkillə təmin olunsa da, vəkil onun müdafiəsi ilə bağlı hər hansı bir iş görməyib". E.Behbudov hər iki faktla bağlı bu gün daxili işlər naziri Ramil Usubova müraciət edəcəyini və faktlar təsdiqini taparsa, adıçəkilən polis əməkdaşlarının cəzalandırılmasını tələb edəcəyini deyib.

Xəbər lenti

Xəbər lenti