...

Ombusmanın müraciəti əsasında bu il 12 məhkum əfv edilib

Cəmiyyət Materials 30 Mart 2007 19:09 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir P.Əmircanov/Özünün fəaliyyət göstərdiyi müddət ərzində Azərbaycan ombudsmanı Elmira Süleymanova ölkə başçısına yüzlərlə məhkumun əfv olunması ilə bağlı müraciət edib. Bu barədə Ombusman Aparatı mətbuat xidmətinin məlumatında deyilir.

Məlumata əsasən, müraciətlərin nəzərə alınması nəticəsində indiyədək 186 məhkum əfv edilib. Prezidentin sonuncu əfv fərmanı ilə ombusmanın müraciəti əsasında 12 məhkum əfv olunub, Kəramət Kərimmovun cəzası ömürlükdən 25 ilə endirilib, "Yeni Fikir" gənclər təşkilatının rəhbərlərindən olan Səid Nuriyev cəzadan azad edilib.

Xəbər lenti

Xəbər lenti