...

Sabiq səhiyyə nazirinin məhkəməsi yekunlaşmaq üzrədir

Cəmiyyət Materials 2 Aprel 2007 19:06 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Aprelin 2-də günün ikinci yarısında Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Məhkəməsində sabiq səhiyyə naziri Əli İnsanov və onunla birlikdə mühakimə olunan 10 nəfərin məhkəməsində dövlət ittihamçısı Kamran Əliyev prosesin yekunlaşmaq üzrə olduğunu əsas gətirərək ittiham sənədlərinin elan olunması ilə bağlı vəsatət qaldırıb. Lakin Ə.İnsanovun vəkili Ağaveys Şahverdi də vəsatət qaldıraraq DƏİEDK sədri Kərəm Həsənov və Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun məhkəmədə əlavə şahid kimi dindirilməsini xahiş edib.

Vəkil bu xahişini təqsirləndrilən şəxslərə qarşı səhiyyə obyektlərinin qanunsuz özəlləşdirilməsi ilə bağlı irəli sürülmüş epizodlara aydınlıq gətirilməsi ilə əlaqələndirib.

Məhkəmə bu vəsatəti təmin etməyib və sənədlərin elanına başlanılıb.

Məhkəmə iclası aprelin 3-də sənədlərin elan edilməsi ilə davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti