...

Rumıniyanın bodibildinq yığması Bakıda keçiriləcək Avro-2007 oyunlarında iştirak üçün son ərizəsini göndərdi

Cəmiyyət Materials 6 Aprel 2007 14:41 (UTC +04:00)

Azərbaycan, Bakı /korr. Trend Z.Safarov/ Rumıniyanın bodibildinq üzrə yığma komandası Bakıda keçiriləcək bodibildinq, bodifitnes və qarışıq cütlər üzrə Avropa çempionatında iştirak etmək üçün komanda heyətinin son ərizəsini göndərən ilk iştirakçı ölkədir.

Milli Federasiyanın (FBBA) prezidenti Rauf Bünyatəliyevin Trend ə verdiyi məlumata görə, Rumıniya kollektivinin heyətinə 3 idmançı daxildir, onlardan biri bodibildinq, ikisi isə bodifitnes üzrə proqramda çıxış edəcək.

O qeyd edib ki, yaxın 3 həftə ərzində FBBA iştirakçı ölkələr tərəfindən birincilik medalı uğrunda yarışacaq idmançıların dəqiq adı olan sənədləri əldə edəcəklər. "Bu proses hələ yeni başlanır və bir sıra federasiyalar sənədlərin təqdim edilməsi vaxtı bitənədək öz sənədlərini göndərəcəklər" - deyə Bünyatəliyev bildirib.

Xəbər lenti

Xəbər lenti