...

Müstəqil Azərbaycan Universiteti rektorunun işi üzrə hazırlıq iclası keçirilib

Cəmiyyət Materials 13 Aprel 2007 16:31 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K. Zərbalıyeva/ Apellyasiya Məhkəməsində hakim Hüseyn Talıbovun sədrliyi ilə bu gün Müstəqil Azərbaycan Universitetinin (MAU) rektoru Abbas Mustafayev barəsindəki hökmdən Respublika Prokurorluğunun verdiyi apellyasiya protesti üzrə hazırlıq iclası keçirilib. Hakim Talıbov cümə günü Trend ə bildirib ki, iclasda məhkəmə baxışının aprelin 20-də keçirilməsi qərara alınıb. İclasda Mustafayev də iştirak edib.

Baş Prokurorluq Mustafayev barəsində təyin olunan cəzanı yüngül hesab etdiyindən hökmün dəyişdirilməsini istəyir.

MAU-nun rektoru Abbas Mustafayev, mühasib Esmira Eyvazova, xəzinədar Şirin Əsgərova barəsində Cinayət Məcəlləsinin 213.4-cü (vergi ödəməkdən yayınma), 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə başlanmış cinayət işinin istintaqı baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılıb.

Mustafayev barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri seçilib.

Martın 2-də Binəqədi rayon məhkəməsinin hökmü ilə Eyvazova və Əsgərova barəsində Cinayət Məcəlləsinin 213.4-cü (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işinə xitam verilib, Mustafayev isə şərti maliyyə vahidinin 2000 misli məbləğində cərimələnib.

Xəbər lenti

Xəbər lenti