...

Azərbaycanın Gəncə şəhərində Avropa Şurasının yeni layihəsinə start verilib

Cəmiyyət Materials 20 Aprel 2007 12:36 (UTC +04:00)

Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncədə Avropa Şurası Gənclər Fondunun dəstəyi ilə bu gün "Hər kəs bərabər olduğu halda- hər kəs fərqlidir" layihəsinə start verilib. Layihə çərçivəsində dörd gün ərzində 16 gənc respublikanın dörd şəhərində - Gəncə, Yevlax, Şəki və Bakıda olacaq. Layihənin əlaqələndiricisi Müşfiq Cəfərovun bildirdiyinə görə, aksiyanın məqsədi Qərbdən Şərqə doğru avtobusla səyahət zamanı yerli icma, xüsusilə cəmiyyətdən təcrid olunmuş, əlverişsiz mühitdə yaşayan gənclərin maarifləndirmə yolu ilə cəmiyyətə inteqrasiyasıdır.

Azərbaycanda ilk dəfə keçirilən layihəyə Gənclər və İdman Nazirliyi də dəstək verib.

Gəncə Azərbaycanın paytaxtı Bakıdan 360 kilometr qərbdə yerləşir.

Xəbər lenti

Xəbər lenti