...

"Gündəlik Azərbaycan" qəzetinin  baş redaktoru həbs olundu

Cəmiyyət Materials 20 Aprel 2007 17:51 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva/ Qaçqın və Köçkünlərin Hüquqlarını Müdafiə Mərkəzinin rəhbəri Tatyana Çaladzenin "Realnıy Azerbaydjan" və "Gündəlik Azərbaycan" qəzetlərinin təsisçi və baş redaktoru Eynulla Fətullayevə qarşı xüsusi ittiham qaydasında şikayəti üzrə bu gün Yasamal rayon məhkəməsində proses davam etdirilib. Bu barədə məhkəmədən xəbər verilib. Məhkəməyə ifadəsində Eynulla Fətullayev özünü təqsirli bilmədiyini deyib. O, "Qarabağ gündəliyi" adlı məqalədə öz adından heç bir fikir vermədiyini və  dərc edilən fikirlərin onun müsahiblərinə məxsus olduğunu deyib.

Məhkəməyə mütəxəssis kimi dəvət olunmuş linqvist Rüfət Vəliyev bildirib ki, məqalədə xocalıların şərəf və ləyaqətini təhqir edən hər hansı ifadə işlədilməyib. Mütəxəssisin sözlərinə görə, müəllif yazıda sadəcə tərəflərin fikirlərini verib.

Prosesdə iştirak edən Xocalı sakinlərindən bir neçəsi məhkəmənin işinə mane olduqları üçün zaldan çıxarılıb.

İddiaçı Fətullayevin 3 il müddərinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmənin qərarı ilə Fətullayevə 2 il 6 ay iş verilib. O, mənkəmə zalında həbs olunub.

Xəbər lenti

Xəbər lenti