...

Xalq şairi Zəlimixan Yaqub Gəncədə olub

Cəmiyyət Materials 24 Aprel 2007 17:36 (UTC +04:00)

Xalq şairi Zəlimxan Yaqub şəhər içtimiyyəti ilə Gəncə Dövlət Universitetinin akt zalında görüşdü. Tədbiri açıq elan edən universitetin rektoru Elman Məmmədov söz ustasını salamlayaraq dəvəti qəbul edib gəldiyi üçün minnətdarlığını bildirdi:

"Şairin yaradıcılıq ömrünə güzgü tutan 30-a yaxın kitabı həzin bir nəğmə söyləyir. Torpağın mayası ilə yoğrulmuş şerləri ilə ruhumuzu oxşayır".

Digər çıxışçılar qeyd etdilər ki, Z.Yaqub xalqın şairi, elin səsidir: "Şairin əsərlərində ədəbiyyatımızın bütün janrlarınnın izlərini, yurdumuzu misra-misra dolaşan dədə ozanın timsalını görmək mümkündür".

Tədbir əsnasında yaradıcı gənclər şairin çağırış dolu "Qalx ayağa, məmləkətim, dur ayağa, millətim", "Sən qalib gələcəksən" şerlərini ifa etdilər. Saz musiqisinin sədaları altında məhəbbət dolu şerlər səsləndirdilər.

Sonda söz alan xalq şairi Gəncə ilə bağlı yaradıcılığının ən gözəl anlarını və xoş təəssüratlarını bölüşdü. Şair tamaşaçıların suallarını da cavablandırdı.

Xəbər lenti

Xəbər lenti