...

Azərbaycanda daha 3 dövlət qurumundakı vakant vəzifələrin tutulması üçün müsabiqə elan olunub

Cəmiyyət Materials 26 Aprel 2007 16:24 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya Maliyyə Nazirliyi, Səhiyyə Nazirliyi, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində 31 vakant dövlət qulluğu vəzifəsinin tutulması üçün müsabiqə elan edib. Bu barədə cümə axşamı Komissiyadan məlumat verilib. Maliyyə Nazirliyində 13, Səhiyyə Nazirliyində 7, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində isə 11 vakant dövlət qulluğu vəzifəsi var.

Namizədlərlə test imtahanı və müsahibə keçiriləcək. Test imtahanlarında tələb olunan balı yığan namizədlərlə müsahibə aparılacaq.

Xəbər lenti

Xəbər lenti