Azərbaycan, Gəncə / Trend müxbir V.Məmmədov/ Gəncədə qrip əleyhinə vaksinasiya işləri aparılır. Bu barədə bazar ertəsi məlumat verən şəhər Səhiyyə İdarəsinin rəisi Mehman Rzayevin sözlərinə görə, bu məqsədlə Fransanın "Solvey" dərman şirkətindən 600 dozalıq vaksin gətirilib. İlkin olaraq qripin A və B ştampları əleyhinə peyvənd 50 nəfər İcra Hakimiyyəti, 28 nəfər Maliyyə İdarəsinin işçiləri arasında aparılıb. Növbəti peyvənd Gəncənin media işçiləri arasında aparılacaq.
Azərbaycanın Gəncə şəhəri paytaxt Bakıdan 360 kilometr qərbdə yerləşir. Azərbaycanın ikinci ən böyük sənaye şəhəri sayılır. Əhalisi 400 minə yaxındır.