...

Baş prokurorun birinci müavini: "Dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs olunmuş sabiqlərin 18 ay həbsdə saxlanılması qanunidir"

Cəmiyyət Materials 1 May 2007 12:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Dövlət çevrilişinə cəhddə ittiham olunaraq həbs olunmuş sabiqlərin 18 ay həbsdə saxlanılması qanunidir. Bu sözləri çərşənbə axşamı Trend ə açıqlamasında baş prokurorun birinci müavini Rüstəm Usubov bildirib. Usubov həmin şəxslərin xüsusilə ağır cinayətlərdə ittiham olunduğunu vurğulayaraq deyib ki, Cinayət - Prosessual Məcəllə bu cinayətlərə görə, həmin şəxslərin 18 ay həbsdə saxlanılmasına imkan verir: "Əli İnsanov, Fərhad Əliyev korrupsiya cinayətləri ilə məhkəməyə verilib. Dövlət çevrilişinə cəhd və kütləvi iğtişaşlara hazırlıq maddələri ilə cinayət işi ayrılıb. Hazırda bu işlə bağlı istintaq davam edir". Usubov bu işlə bağlı istintaqın gəldiyi nəticələr barədə məlumat verməyi məqsədəmüvafiq hesab etməyib: "Yaxın günlərdə məhkəmə prosesi başlayacaq. Mənim nə isə deməyim məhkəməyə təzyiq kimi qiymətləndirilə bilər".

Sabiq iqtisadi inkişaf naziri və qardaşı Rafiq Əliyevin vəkilləri onların qanunsuz həbsdə saxlanılması ilə bağlı Baş Prokurorluğu məhkəməyə verib.

Xəbər lenti

Xəbər lenti