...

Azərbaycanlı müəllimənin ölümünə görə həbs olunmuş məktəb direktoru azadlığa buraxılıb

Cəmiyyət Materials 3 May 2007 14:18 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Füzuli rayonunun Qayıdış qəsəbəsindəki 1 saylı köçkün məktəbinin müəlliməsi İradə Quliyevanın ölümü ilə bağlı istintaqın müddəti iki ay uzadılıb. Bu barədə Trend ə cümə axşamı İmişli rayon Prokurorluğundan məlumat verilib. Məlumatda bildirilir ki, iyunun sonunadək istintaq hərəkətləri davam etdiriləcək.

Müəllimənin ölümündə təqsirli bilinərək həbs olunmuş məktəb direktoru İsmayıl Abbasov barəsindəki həbs qətimkan tədbiri dəyişdirilib. Abbasovun apellyasiya şikayəti əsasında Apellyasiya Məhkəməsi həbs qətimkan tədbirini başqa yerə getməmək qətimkan tədbiri ilə əvəzləyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 125-ci (özünü ölüm həddinə çatdırma) maddəsi ilə başlanmış cinayət işinin istintaqını İmişli rayon Prokurorluğu aparır.

Qayıdış qəsəbəsində məskunlaşmış 1957-ci il təvəllüdlü məcburi köçkün İradə Təbriz qızı Quliyeva yanvarın 24-də özünü yandıraraq intihar edib. Məlumata görə, mərhum ölümündən əvvəl bildirib ki, məktəb direktoru Abbasov onu əsassız olaraq məktəbə buraxmadığına görə özünü öldürəcək.

.

Xəbər lenti

Xəbər lenti