...

"Azpetrol" Şirkətlər Qrupunun sabiq prezidentinin həbsdə saxlanmasına dair şikayət geri qaytarılıb

Cəmiyyət Materials 3 May 2007 17:32 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir E.Hüseynli/ "Azpetrol" Şirkətlər Qrupunun sabiq prezidenti Rafiq Əliyevin həbsdə qanunsuz saxlanmasına dair Nəsimi rayon Məhkəməsinə təqdim olunan şikayət ərizəsi geri qaytarılıb. Bu barədə cümə axşamı məhkəmədən məlumat verilib. Hakim Famil Nəsibovun imzası ilə daxil olan məktubda qeyd edilib ki, Cinayət Prossesual Məcəlləsinin 449-cu maddəsinə əsasən, bu məzmunda məhkəmə şikayəti verilməsi nəzərdə tutulmayıb.

Əliyevin mayın 15-də Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə keçiriləcək məhkəməsində Cinayət Məcəllləsinin 179 (mənimsəmə və israf etmə), 188 (torpaq üzərində mülkiyyət hüququnu pozma), 192 (qanunsuz sahibkarlıq) 206 (qaçaqmalçılıq) 213 (vergi ödəməkdən yayınma), 313-cü (vəzifə saxtakarlığı) maddələri üzrə ittiham irəli sürülüb.

Xəbər lenti

Xəbər lenti