...

Azərbaycanda məhkəmə icraçılarının sayı artırılıb ( video)

Cəmiyyət Materials 7 May 2007 14:51 (UTC +04:00)
Azərbaycanda məhkəmə icraçılarının sayı artırılıb ( video)

Azərbaycan, Bakı / Trend müxbir K Zərbalıyeva / Azərbaycanda məhkəmə qərarlarının icrası ilə bağlı hər il müsbət nəticələr əldə olunur. Ədliyyə Nazirliyinin Məhkəmə İcraçıları Baş İdarəsinin rəisi Hüseyn Əlixanov Trend ə müsahibəsində bildirib ki, məhkəmə qərarlarının icrası çox çətin proses olsa da, bu sahədə inkişafa nail olmaq üçün Avropa ölkələrinin təcrübəsindən istifadə olunur.

İcra olunan məhkəmə qərarlarının ilbəil artdığını deyən idarə rəisi bildirib ki, 2005-ci illə müqayisədə 2006-cı ildə icra olunan məhkəmə qərarlarının sayı iki dəfə artıb. Belə ki, 2005-ci ildə 45-50 min məhkəmə qərarı icra olunmuşdursa, ötən il onların sayı 80 minə çatıb.

Əlixanov məhkəmə icraçılarının fəaliyyətinə mane olan subyektiv və obyektiv amillərin olduğunu da qeyd edib: "İdarəmiz həm məhkəmə qərarlarının icrasını, həm də cəmiyyətdən təcrid olunma ilə əlaqədar olmayan məhkumların islahına, tərbiyəsinə nəzarəti həyata keçirir. Bizə Baş İdarə statusu verilib. İdarənin yeni əsasnaməsi, strukturu təsdiq olunub. Məhkəmə icraçılarının sayı 100 ştat artırılıb. Onlar hələlik vəzifəyə təsdiq olunmasa da, bu əməkdaşlarımızın işini bir qədər yüngülləşdirəcək".

Xəbər lenti

Xəbər lenti