...

Azərbaycanda Beynəlxalq Ailə Günü qeyd edilir

Cəmiyyət Materials 11 May 2007 18:50 (UTC +04:00)

Azərbaycan, Bakı, 11 may /müx.TrendLife Fərid Sadıxov/15 may bütün dünyada Beynəlxalq Ailə Günü kimi qeyd olunacaq. Həmin gün Azərbaycanda da müxtəlif tədbirlərin keçirilməsi planlaşdırılır. Qeyd edək ki, Beynəlxalq Ailə Günü ilə bağlı Türkiyədən bir qrup həkim Bakıya gəlib. Nümayəndə heyətinin tərkibinə Türkiyənin 6 nüfuzlu xəstəxanasından 11 həkim və 2 media təmsilçisi daxildir.

Bu gün onların iştirakı ilə Bakı Dövlət Universitetinin akt zalında "XXI əsrin sağlam ailəsi" mövzusunda konfrans keçirilib. Konfransı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və Azərbaycan-Türkiyə İş Adamları Birliyi təşkil edib.

Bakıya gəlmələrinin məqsədini açıqlayan türkiyəli həkimlər qrpununun rəhbəri Ayşən Erbil bildirib ki, onlar Beynəlxalq Ailə Günü münasibətilə mayın 11-dən 15-dək Qazax, Tovuz, Şəmkir, Gədəbəy və Şamaxı rayonlarında müalicəyə ehtiyacı olan ailələrə, xüsusilə də qaçqın və məcburi köçkünlərə pulsuz tibbi xidmət göstərəcəklər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova türkiyəli həkimlərin təşəbbüsünü alqışlarayaraq bunu humanist addım adlandırıb. H.Hüseynova həkimlərin müalicəyə ehtiyacı olan 2000-dən artıq insanı pulsuz tibbi müayinə edəcəklərini qeyd edib. Onların əksəriyyəti uşaqlar olacaq.

Əlavə edək ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ailələr haqqında statistik baza da hazırlayır. Komitə hazırda Azərbaycan ailələrilə bağlı monitorinqlər aparır. Hələlik ölkədə 200 milyona yaxın ailə qeydiyyata alınıb. Komitənin hazırladığı statistik bazaya ailələr haqqında bütün məlumatlar yerləşdiriləcək.

Xəbər lenti

Xəbər lenti