...

Azərbaycan beynəlxalq kitab yarmarkasında iştirak edəcək

Cəmiyyət Materials 16 May 2007 16:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 16 may /müx.TrendLife Eldar Hüseynzadə/Bu gun Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri Varşavada keçirilən 52-ci Beynəlxalq kitab yarmarkasında iştirak edəcəklər. Bu haqda TrendLife-a Nazirliyinin mətbuat katibi Zöhrə Əliyeva xəbər verib.

Varşavada Azərbaycanı nazirliyin nəşriyyat işi sektorunun rəhbəri Çingiz Əlioğlu, sektorun aparıcı məsləhətçisi Hüsniyə Ağamirova təmsil edəcək. Qeyd edək ki, yarmarka mayın 17-dən 20-nə qədər davam edəcək. Varşavada son illərin ən yaxşı kitabları nümayiş etdiriləcək.

Xəbər lenti

Xəbər lenti