...

Azərbaycanın Səhiyyə Nazirliyi və NATO Parlament Assambleyası sədrinin müavini əməkdaşlığın inkişafını müzakirə edib

Cəmiyyət Materials 17 May 2007 21:05 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Səhiyyə Nazirinin müavini Sənan Kərimov NATO Parlament Assambleyası sədrinin müavini, Rumıniya Parlamentinin NATO PA-dakı nümayəndə heyətinin rəhbəri Mihail Lupoinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin məlumatında göstərilir ki, tərəflər NATO və Azərbaycan arasında əlaqələrin inkişafı məslələrini müzakirə ediblər.

Lupoi bildirib ki, onun Azərbaycana səfərinin əsas məqsədi dializ sahəsində sıx iş birliyinin qurulması, hemodializ xəstələrinin müalicəsi zamanı xəstəxanaların müasir avadanlıqlarla təmin edilməsidir.

Nazir müavini bildirib ki, ölkəmizdə 800-dən çox insan xroniki böyrək çatışmazlığından əziyyət çəkir, dializ mərkəzlərinin sayı isə on birdir (2 özəl, 9 dövlət hesablı).

O bildirib ki, regionlarda tərkibində dializ şöbələri olan diaqnostika mərkəzləri fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti