...

Rus bölməsinin abituriyentləri üçün sənəd qəbulu elan edilib

Cəmiyyət Materials 18 May 2007 18:59 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 may/müx.TrendLife Fərid Sadıxov/Tələbə Qəbulu üzrə Dövlət Komissiyası rus bölməsinə qəbul olmaq istəyən abituriyentlər üçün Azərbaycan dili fənnindən növbəti dəfə imtahan keçirəcək. Artıq bununla bağlı sənəd qəbulu elan edilib. Komissiyanın ictimaiyyətlə əlaqəlar şöbəsindən TrendLife-a bildirilib ki, sənədlərin qəbulu mayın 23-dən 30-dək aparılacaq.

Xatırladaq ki, belə bir imtahan aprelin 7-də də keçirilmişdi. Həmin imtahandan kəsilənlər də daxil olmaqla ali və orta ixtisas məktəblərinin rus bölməsinə qəbul olmaq istəyən digər abituriyentlər mütləq bu dəfəki imtahanda iştirak etməlidirlər. Çünki Azərbaycan dili imtahanından məqbul almayan abituriyentlər ali və orta ixtisas məktəblərinin rus bölməsinə sənəd verə bilməyəcəklər.

Hələlik tarixi məlum olmayan imtahanlar Bakı, Naxçıvan və digər bölgələrdə keçiriləcək. İmtahan suallarına hər düzgün cavab bir balla qiymətləndiriləcək. Abitiriyentin məqbul alması üçün onun topladığı bal 7-dən az olmamalıdır.

Xəbər lenti

Xəbər lenti