...

Şəhriyar Məmmədyarov Sofiyada keçirilən turniri udmaq şansını itirməyib

Cəmiyyət Materials 19 May 2007 12:02 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Z.Səfərov/ Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarovun Sofiyada keçirilən "M-Tel Masters" beynəlxalq superturnirdə qalib gəlmək şansı hələ də qalır.

Səkkizinci turda Məmmədyarov birinci turda yendiyi Veselin Topalovla heç-heçə edib. Bu nəticəyə görə, habelə lider Krişnan Saşikiranın amerikalı Qata Kamskidən məğlubiyyət almasına görə həmyerlimiz liderlə xal fərqini 0,5-ə endirib. Onu da qeyd edək ki, Məmmədyarovla eyni xallara Topalov, Kamski və Liviu Diter Nisipyanu malikdir.

İndi Şəhriyar son görüşlərdə maksimum nəticə göstərməlidir ki, turniri qalibiyyətlə başa vura bilsin.

Xəbər lenti

Xəbər lenti