...

ABŞ-ın Bakıdakı səfirliyi: "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin ofisinin bağlanmasından dərin narahatlıq keçiririk"

Cəmiyyət Materials 22 May 2007 19:07 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend , müxbir İ.Əlizadə/ ABŞ-ın Bakıdakı səfirliyi "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin ofisinin bağlanmasından dərin narahatlıq keçirdiyini bəyan edib. Bu barədə çərşənbə axşamı ABŞ-ın Azərbaycandakı səfirliyinin yaydığı bəyanatda bildirilib.

"Biz narahatıq ki, son aylar jurnalistlərə qarşı zorakılıq, hədə, böhtan məhkəmələri və həbslər daxil olmaqla, baş verən silsiləsə hadisələrin ardınca, bu iki mühüm mətbuat orqanının bağlanması Azərbaycanın mətbuat azadlığı sahəsində bəyan etdiyi öhdəliklərə zidd olan təmayülləri davam etdirir", -deyə bəyanatda qeyd olunub.

Bəyanatda bildirilir ki, Avropa Şurası və ATƏT-in üzvü kimi, Azərbaycan demokratik islahatlar sahəsində öz üzərinə geniş çeşiddə öhdəliklər götürüb: "Biz Azərbaycan hökumətini təkidlə çağırırıq ki, "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin öz fəaliyyətini bərpa etməsinə imkan vermək üçün dərhal addımlar atsın və bütün mətbuatın demokratik proseslərdəki mühüm rolunu yerinə yetirməkdən ötrü vacib olan şəraitə dəstək versin".

Azərbaycanın Fövqalədə Hallar Nazirliyi mayın 20-də gecə saatlarında qəzetlərin yerləşdiyi ofisin qapılarını möhürləyib. Nazirlik bəyan edib ki, adıçəkilən qəzetlərin yerləşdiyi ofislərdə yanğın təhlükəsizliyi qaydalarına əməl olunmayıb.

Xəbər lenti

Xəbər lenti